İsmayıllı

İsmayıllı is a N/A group. Having alot of group type in Facebook: close, open and secret and it is a CLOSED group. There are 3,054 participants in that group. So people rank it like a Medium group. You can find this group by searching 165560680129868 on Google, Bing or Yahoo. Last update is on 2015-04-17 07:05:04.

Bu Qrup İsmayıllı rayonu ilə bağlılığı olan insanların virtual ünsiyyət məkanıdır.


QRUP HAQQINDA MƏLUMAT

Ümumi məlumat:

“İsmayıllı” qrupu (irəlidə “Qrup” adlandırılacaq) “Facebook” sosial şəbəkəsində 27.10.2010-cu il tarixdə yaradılıb. Qrup yaradılarkən bir müddət “İsmayıllı uşaqları” adlandırılıb, sonradan Qrupun adı dəyişdirilərək “İsmayıllı” adlandırılmışdır.
Qrupun İnternet şəbəkəsində qeydiyyat ünvanı aşağıdakı kimidir:
http://www.facebook.com/groups/165560680129868

Qrupun fəaliyyətinin əsas məqsədi və prinsipləri:

Qrupun fəaliyyətinin əsas məqsədi İsmayıllı rayonu ilə bağlılığı olan insanların internet ortamında virtual ünsiyyət qura bilmələri üçün, İsmayıllı haqqında informasiyalar əldə etmək üçün şəraitin təmin olunmasıdır.

Qrupun fəaliyyəti siyasi, dini, milli-etnik, qatı yerliçilik istiqamətli deyil.

Qrupun fəaliyyəti heç kimə, heç bir qrupa (o cümlədən, alternativ qruplara) qarşı yönəldilə bilməz. Qrupun alternativ qruplara qarşı münasibəti qərəzsiz, sağlam xarakterlidir. Alternativ qrupların həyata keçirdiyi xoşməramlı aksiyalar Qrup tərəfindən bəyənilir və dəstəklənir.

Qrupda statuslar (mövzular), şəkillər, musiqilər, videoçarxlar, linklər və s. bütün üzvlər tərəfindən yerləşdirilə (paylaşıla) bilər. (Əgər zərurət yaranarsa, müvəqqəti olaraq paylaşma hüququ yalnız adminlərdə saxlanıla bilər)

Qrupun idarə olunması:

Qrup ən azı 3 admin tərəfindən idarə olunur. Yeni adminlərin seçilməsi mövcud adminlərin ümumi razılığı ilə və ya ən azı mövcud üzlərin sayının 5 faizi həcmində üzvün təklifi ilə seçilə bilər. Adminlər Qrupun digər üzvləri ilə Qrupda müzakirə olunan məsələlərin müzakirəsində bərabər hüquqlara malikdirlər (yalnız Qrupun idarə olunması ilə bağlı məsələlərdə üstün hüquqlara malikdirlər).
Qrupun bütün üzvləri “Sənədlər” bölməsində saxlanılan Qrupdaxili Davranış Qaydaları adlı mövcud sənəddə əksini tapmış qaydalara qeyd-şərtsiz riayət etməlidirlər. Eyni zamanda, adminlər həmin qaydalara riayət olunmasına nəzarət etməlidirlər.
Qrupa yeni daxil olanlardan Qrupdaxili Davranış Qaydaları ilə tanış olmaq xahiş olunur!